Bakıda yol qəzası olub, xəsarət alan var - FOTO

8 Mart 2023 10:16

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirirərək mopedi vurub. Nəticədə mopedi idarə edən sürücünün ayaq sümüyü sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

Milli.Az