İsrail qırıcıları Hələbə zərbə endirdi

8 Mart 2023 08:27

İsrailə məxsus 4 F-16 qırıcısı Aralıq dənizi akvatoriyasından Suriyanın Hələb şəhərinin "Ən-Nayrab" aeroportuna zərbələr endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzi rəhbərinin müavini Oleq Qurinov deyib.

Onun sözlərinə görə, zərbələr nəticəsində uçuş zolağına zərər dəyib:

"Hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb".

Milli.Az