Qabrelyanov Ermənistana buraxılmadı

7 Mart 2023 23:42

Rusiyanın "Nyus Media" Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov Ermənistana buraxılmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Qabrelyanov jurnalistika üzrə ustad dərsləri keçmək üçün birgünlük İrəvana səfər etməyi planlaşdırırdı, lakin ona aeroportda sərhədi keçməsinə icazə verilməyib.

Erməni jurnalistə onun Ermənistanda arzuolunmaz şəxs elan edildiyi, ölkədə vəziyyəti gərginləşdirə biləcəyi bildirilib, bundan sonra o, ilk reyslə Moskvaya qayıdıb.

Milli.Az