Vatsapda bu da mümkün olacaq

7 Mart 2023 23:37

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Tezliklə mesencerdə səsli statuslar yerləşdirmək üçün funksiya işə salınacaq.

Bununla yanaşı statuslara emojilərlə də cavab vermək mümkün olacaq.

Milli.Az