"Trabzonspor"un baş məşqçisi istefa verib

7 Mart 2023 17:30

Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "A Spor" məlumat yayıb.

Qeyd edək ki, Abdullah Avcı 2020-ci ildən Qara dəniz təmsilçisində işləyir. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə "Trabzonspor"la ölkə çempionu olub. Daha əvvəl klubun prezidenti Ahmet Ağaoğlu istefa verib.

Milli.Az