Reperlərin konsertində faciə - 1 ölü, 9 yaralı

7 Mart 2023 20:02

Nyu-Yorkda QloRilla ve Finesse2tymes adlı reperlərin konserti faciə ilə nəticəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iddialara görə, atəş səslərinin eşidilməsi səbəbindən konsertdə izdiham yaşanıb və insanlar qaçmağa çalışıb. Hadisə nəticəsində 1 qadın həlak olub, 9 nəfər isə yaralanıb.

Hazırda yaralılardan ikisinin vəziyyətinin kritik olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma davam edir.

Milli.Az