Rusiyada yaşayan azərbaycanlı repçi filmə çəkildi - VİDEO

7 Mart 2023 16:58

42 yaşlı azərbaycanlı repçi Ptaxa (David Nuriyev) əsas rollardan birini canlandırdığı "Qardaş 3" filminə çəkilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Donetskdə keçirilən mətbuat konfransında bildirilib ki, film Valeri Pereverzev tərəfindən lentə alınıb. Ekran işində hadisələr 2000-ci illərin əvvəlindən bəhs edir.

Onu da qeyd edək ki, filmin aktyor heyətinə Ptaxadan başqa, Arxangelsk meri Aleksandr Donskoy, "Kadetstvo" serialının ulduzu Pavel Bessonov, Vasili Karpenko, Yuri və Vladimir Torsuyev, həmçinin Anton Zatsepin daxildir.

Bundan başqa, 2022-ci ilin yayında yayımlanan filmin treyleri internetdə tənqid olunub.

Milli.Az