20 yaşlı gənc siqaret yandırarkən həyatının şokunu yaşadı - FOTO

7 Mart 2023 10:34

Türkiyənin Kırıkkale bölgəsində qəribə hadisə baş verib. 

Milli.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, 20 yaşlı yeniyetmə siqaret yandırarkən aşan benzin bidonu alova səbəb olub.

Otaqda baş verən yanğına müdaxilə edən böyük qardaş və bacı alışan əşyaları söndürməyə çalışarkən xəsarət alıblar.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları gəlib.

Hadisədən yanıq xəsarətləri ilə sağ çıxan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Milli.Az