Ukraynanın 4 vilayətində hava hücumu xəbərdarlığı

7 Mart 2023 08:15

Ukraynanın Sum, Xarkov, Poltava, Dnepropetrovsk vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın infrastrukturuna hücumları ötən ilin oktyabrın 10-da, Krım körpüsündəki partlayışdan iki gün sonra başlayıb.

Milli.Az