Ancaq tək partiya və çevriliş dönəmləri istisna olmaqla, iqtidar ola bilməyən CHP namizədinin kimliyinin guya milli mövqeyin təmsilçisi Səadət Partiyasında açıqlanması SP adına tarixi utancdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə AKP sədrinin müşaviri və Çanaqqala üzrə millət vəkili Bülənd Turan Tvitter səhifəsində yazıb.
"Nəticə nə olursa-olsun, bu vəziyyət üzlərinə çırpılacaq", - deyə deputat qeyd edib.
Qeyd edək ki, "Millət İttifaqı" Səadət Partiyasının binası qarşısında 14 may prezident seçkiləri üçün vahid namizədin CHP lideri Kamal Kılıçdaroğlu olacağını açıqlayıb.
Milli.Az