Azərbaycanlı məşhur Birləşmiş Ərəb Əmirliklərinin VƏTƏNDAŞI OLDU - FOTO

6 Mart 2023 21:55

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Birləşmiş Ərəb Əmirliklərində yaşamaq hüququ qazanıb. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə bloger sosial şəbəkədə məlumat yayıb. O, şəxsiyyət vəsiqəsinin fotosunu paylaşaraq bunları yazıb:

"Birləşmiş Ərəb Əmirliklərində yaşamaq hüququnu qazandım. Artıq Moskva evim, Dubay isə bağ evimdir".

Milli.Az