Serialdakı bu görüntülər dini tənqid kimi qəbul olundu - VİDEO

6 Mart 2023 16:14

"Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialının son bölümü müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində başıbağlı xanımlar tərkibində spirt olan odekolondan istifadə etmək istəməyib. Görüntülər ölkənin sosial media seqmentində yayılaraq tənqid olunub.

İzləyicilər ssenaristin etil spirti ilə odekolonu ayırd edə bilmədiyini, bundan başqa, yersiz dialoqun olduğunu vurğulayıblar.

Serialın ünvanına "Dinimizə bunu etməyə haqları yoxdur. Bu axmaq serial tez bir zamanda bitsin", "İslamı pisləyən daha bir serial" kimi şərhlər yazılıb.

Milli.Az