Xərçəng dərmanlarının içinə su tökdülər - Araşdırma aparılır

6 Mart 2023 22:26

Türkiyə xəstəxanalarının birində xərçəng dərmanları oğurlanıb.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Dərmanları oğurlayan 5 səhiyyə işçisi saxlanılıb. Oğurlandığı məlum olmasın deyə, dərmanların yerinə su doldurulub.

İşçilər dərmanları 5 milyon lirəyə (451 min 745 manat) satıb.

Məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğunda araşdırma aparılıb.

Aptek, ev və nəqliyyət vasitələrində edilən axtarışlar zamanı həbs olunmuş şübhəlilərə aid 4 min 401 dollar (7 min 481 manat), 30 avro (54 manat), 20 funt-sterlinq (40 manat), 70 min 435 lirə (6 min 363 manat) və 222 qutu xərçəng dərmanı ələ keçirilib.

Milli.Az