"Breyn Rinq" yarışmasında maraqlı anlar - "Kapital Bank" "Gəncə" komandasına şans vermədi

6 Mart 2023 10:47

Martın 5-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.

Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Həqiqətən də yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik kubokuna aparan yolda komandalar arasında gərgin və maraqlı oyun davam edir. 

Bu dəfə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında keçən oyun maraqlı olub. Nəticələrə görə, ADAU komandası 5-0 hesabı ilə NDU üzərində inamlı qələbə qazanıb.

Rəqib kimi "Gəncə" komandasını seçən ADAU 7-3 hesabı məğlub olub. Qalib komanda isə "Kapital Bank" komandasını seçir. "Gəncə" komandası 5-3 hesabı ilə qələbə qazansa da, sonda beş reytinq xalı uğrunda mübarizədə "Kapital Bank" qalib gəlir. 

Azər Nuriyev
Milli.Az