Kürdəmirdə ailə faciəsi - Azyaşlı bacılar öldü - FOTO

6 Mart 2023 09:32

Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az bildirir ki, ötən gecə rayonun Karrar kəndində 2012-cu il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az