Yolda qəza baş verdi, yaxınlıqdakı evlər yandı - VİDEO

6 Mart 2023 16:58

ABŞ-də yanacaq daşıyan yük maşını aşıb.

Qəzadan sonra yaxınlıqdakı avtomobillər və evlər yanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Merilend ştatında magistral yolda baş verib.

Yanğınsöndürmə idarəsinin rəisi Frederik Tom Kounun sözlərinə görə, yanacaq daşıyan maşınla baş verən qəzadan sonra üç ev və üç avtomobil yanıb. Lakin insanlardan heç biri xəsarət almayıb.

Yanğınların söndürülməsinə 40 dəqiqəyə yaxın vaxt sərf olunduğu qeyd edilir. Qəzanın təfərrüatları məlum deyil.

Milli.Az