Ukrayna Ordusu: Baxmutda rus hərbçiləri arasında itkilər çox yüksəkdir

6 Mart 2023 07:47

Donetsk vilayətinin Baxmut şəhərində ukraynalı döyüşçülər müdafiə xəttini saxlayırlar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü Sergey Çerevatı milli telemarafonun efirində deyib. Çerevatı qeyd edib ki, Baxmut istiqamətində rus hərbçiləri arasında itkilər çox yüksəkdir.

O, həmçinin əlavə edib ki, ukraynalı müdafiəçilərə döyüş sursatı, ləvazimat, dərman çatdırmaq və oradan yaralıları götürmək mümkündür.

Milli.Az