ABŞ-da yeniyetmələr arasında atışma olub, ölənlər var

6 Mart 2023 07:26

ABŞ-ın Corciya ştatının mərkəzi şəhəri Atlantada 100 yeniyetmə gəncin iştirak etdiyi partidə atışma olub.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Yerli polis hadisə ilə bağlı hələ ki, heç kimin saxlanılmadığnı və hadisənin neçə nəfər tərəfindən törədildiyinin naməlum olduğunu bildirib.

Milli.Az