Hərbi qulluqçumuz minaya düşərək şəhid olub - Müdafiə Nazirliyi AÇIQLADI - FOTO

6 Mart 2023 07:08

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

Bu barədə Milli.Az-a MN-dən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Milli.Az