Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər

5 Mart 2023 13:53

Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər.

Ermənistan KİV məhv edilən separatçı-terrorçuların adlarını açıqlayıb.

Azərbaycan əməliyyatçılarına atəş açdıqları üçün yerindəcə məhv edilmiş erməni terrorçularının siyahısı:

1. Polkovnik-leytenant Armen Babayan;

2. Mayor David Danielyan;

3. Leytenant Ararat Qasparyan.

Leytenant David Ovsepyan isə güllə yarası ilə Xankəndi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, müəyyən, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçməklə Ermənistan ərazisindən silah və sursatın Qarabağ bölgəsinə daşınması barədə siqnallar alıb.

Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident onu təsdiqləyir ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Aydındır ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, "miatsuma" siyasətini davam etdirmək cəhdləri dayanmır.

Milli.Az