Kilian Mbappe PSJ tarixinin ən yaxşı bombardiri olub

5 Mart 2023 15:54

Fransalı hücumçu Kilian Mbappe ölkəsinin PSJ komandasının tarixinin ən yaxşı bombardiri olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Nant"a vurduğu qol klubdakı 247-ci matçında 201-ci olub.

Beləliklə, Mbappe komandanın heyətində 200 qolu olan əvvəlki bombardiri Edinson Kavanini keçib.

Ümumilikdə Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 30 qol vurub və 8 məhsuldar ötürmə edib. Qətərdə keçirilən dünya çempionatında hücumçu səkkiz qol vuraraq argentinalı Lionel Messini (yeddi qol) keçərək turnirin bombardiri olub.

Milli.Az