Ceyhun Bayramov Qətərə yola düşüb

5 Mart 2023 10:30

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə Milli.Az Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Milli.Az