Rusiyalı millətçilər yürüş keçirdilər - FOTO

5 Noyabr 2014 00:02
Çərşənbə axşamı Rusiyada Xalq birliyi günü qeyd olunur.

Bu münasibətlə Moskvada rusiyalı millətçilər iki yürüş keçiriblər - ənənəvi "Rus marşı" və "Novorossiyaya dəstək" marşı.

Milli.Az BBC-yə istinadən bildirir ki, Moskvanın mərkəzində keçirilmiş yürüşü isə Birləşmiş xalq cəbhəsi hərəkatı təşkil edib.

"Rus marşı" Moskvanın cənub-şərqində , Lyublino rayonunda keçirilib. BBC Rus xidməti müxbirinin sözlərinə görə, aksiyada mindən bir qədər çox adam iştirak edib.
 

Moskvanın şimal-qərbində millətçilər "Novorossiyaya dəstək" şüarı ilə daha bir yürüş keçiriblər.

Həmin aksiya birinci yürüşdən daha çoxsaylı alınıb. Moskva poilisi yürüşdə 2 min insanın iştirak etydiyini bildirib.

Moskvada keçirlmiş yürüşlərdə, Ukraynada özünü müstəqil elan etmiş "xalq respublikaları" tərəfdarları ilə yanaşı, "Rus və Ukrayna xalqlarının qardaşılığını" dəstəkləyənlər də iştirak edib.
 

"Məhbus millətçilərə azadlıq!"
 

Lyublinoda keçirilmiş yürüş içtirakçılarının şüarları bunlar olub: "Rusiya birliyi!", "Ruslara azadlıq və ədalət!", "Çekist terroru bitsin!", "Məhbus millətçilərə azadlıq!", "Hakimiyyət rus xalqına verilsin!"

"Rusiya rəhbərliyini sevənlər"
 

Lyublinodakı aksiyadan fərqli olaraq Şukino rayonunda keçirilmiş yürüş bütövlüklə "Novorossiya" mövzusuna həsr edilmişdi.

Bu yürüşdə iştirak edən bir neçə min iştirakçı başları üzərində "Novorossiya uğrunda!" şüarları qaldıraraq Oktyabr meydanı ilə addımlayıblar.

Onlara aksiyada iştirak etmələri üçün İqor Strelkov (Qirkin) çağırış etmişdi. Avqust ayınadək o, Ukraynada rusiyapərəst separatçılarına komandanlıq edib.
 

Lakin özü yürüş iştirakçıları arasında görünməyib.

Marşın təşkilatçısı Andrey Savelyevin sözlərinə görə, "Rusiya rəhbərliyini sevən" Donetsk və Luhansk rəsmilərinin aksiyada iştirakı planlaşdırılmayıb.
 

Hamı birdir
 

Tverskoy küçəsində təşkil olunan aksiya "Biz hamımız birik" şüarı altında keçirilib və digər marşlardan daha kütləvi alınıb. Yürüş Birləşmiş xalq cəbhəsi hərakatı tərəfindən təşkil edilib. Tədbirdə mədəniyyət, səhiyyə, idman xadimlərilə yanaşı Dövlət Dumasında "Vahid Rusiya", "Spravedlivaya Rossiya", LDPR və Rusiya Kommunist partiyasının təmsilçiləri də iştirak ediblər.

Məlumatlara görə, bu yürüşdə 75 minə yaxın adam iştirak edib.

Yürüşdən bir neçə gün əvvəl internetdə bu aksiyada iştirak etmək istəyənlərə 200-300 rubl arası mükafat ödəniləcəyi elanları peyda olmuşdu.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin