İranın Rusiyaya silah ixracatı iki dəfə artdı

4 Mart 2023 22:29

ABŞ və NATO-nun beş rəsmisi İranın Ukraynadakı müharibəni uzada biləcək bir sıra yeni hərbi sazişlərdə Rusiyaya verdiyi hərbi dəstəyi ikiqat artırdığını açıqlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın "Farin Palisi" saytı məlumat yayıb.

"ABŞ və müttəfiqlərinin yüksək səviyyəli rəsmiləri daşınmanın qarşısını almaq üçün əllərindən gələni edəcəklərinə söz veriblər",- məlumatda bildirilib.

Milli.Az