Bakı-Qəbələ sürət qatarına biletlərin qiyməti bilindi

4 Mart 2023 14:02

''Azərbaycan Dəmir Yolları'' QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir.

Bu barədə Azərbaycan Dəmir Yolları'' QSC-dən məlumat verilib.

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək. Müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.

Bildirilib ki, marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir.

Milli.Az