“Google” kontaktlarınızdakı insanların doğum günlərini xatırladacaq

4 Mart 2023 12:18

"Google" "Kontaktlar" tətbiqinə olduqca faydalı ola biləcək bir xüsusiyyət gətirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tətbiq sizə yeni əlavə edilmiş "Sizin üçün" bölməsi ilə kontaktlarınızın doğum günlərini xatırladacaq.

Xüsusi günləri unudan insanlar üçün çox faydalı görünən bu xüsusiyyət son axtarışlar və sevimlilər bölmələrinə əlavə edilib.

"Sizin üçün" bölməsi adları və fotoşəkilləri ilə yanaşı, kontaktlarınızın doğum günlərini də göstərir. Bu xüsusi gün üçün bir sayğac da var. Bunun "Mesajlar" tətbiqindəki doğum günü xatırlatma xüsusiyyətinə bənzədiyini də söyləmək olar.

Yeni əlavəni görmək üçün siz "Kontaktlar" tətbiqinin ən son versiyasından istifadə etməli və kontaktlarınızın doğum günlərini yadda saxlamalısınız.

Milli.Az