"Əqrəb mövsümü"nün ikinci sezonu ola bilər - VİDEO

3 Mart 2023 23:31

""Əqrəb mövsümü" serialının davamı ola bilər".

Milli.Az bildirir ki, bu sözləri olay-a açıqlamasında layihənin baş qəhrəmanını canlandıran aktyor Hikmət Rəhimov deyib.

Sənətçi ekran işi haqda fikirlərini bölüşüb:

"Serial sektorunun inkişafına xidmət edən bir iş oldu. Bu, hamının uğurudur. Düşünürük ki, başqa-başqa komandalarda daha yaxşı işlər görəcəyik. İkinci sezonu ola bilər, amma mən o barədə heç bir məlumat verə bilmərəm. Onu Azər Aydəmir bilir də. Ssenari müəllifi odur, ona görə...".

Milli.Az