"Atam gələ bilməsə də, çox kədərləndi"

3 Mart 2023 21:58

Həbsdə olan meyxanaçı Rəşad Dağlı ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından xəbər tutub. 

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə məlumat onun oğlu Yusifin səhifəsində paylaşılıb. 

"Allah rəhmət etsin, Hacı Şahin əmi. Atam gələ bilməsə də, çox kədərləndi", - deyə, bildirilib.

Həmçinin mərhum məzarına R. Dağlının adından ailəsi tərəfindən əklil göndərilib.

Milli.Az