Şəkilləri və videoları telefondan kompüterə köçürmək üçün çox vaxt USB-lərdən istifadə edilir. Ancaq bu da müəyyən bir vaxt itkisidir.
Milli.Az lent.az-a istinadən bildirir ki, sadəcə internet vasitəsilə kabel olmadan da şəkilləri kompüterə köçürmək mümkündür.
Bunun üçün sadəcə teleqram messenceri kifayətdir. Teleqram hesabınızı kompüterdə açırsınız. Burada qalereya daxil olaraq istədiyiniz faylları messencerdəki hesabınıza göndərin. Bundan həmin şəkilləri və videoları kompüterin yaddaşında saxlayın. İstədiyiniz qovluğa əlavə edin.
Milli.Az