Uşaqların gözü önündə arvadını boğub öldürdü

3 Mart 2023 22:19

Rusiyanın Sankt-Peterburq şəhərində arvadını uşaqlarının gözü qarşısında boğan kişiyə qarşı həbs qətimkan tədbiri seçilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, qətldən sonra intihara cəhd edən kişi xəstəxanadan buraxılıb. Məhkəmə onun istintaq təcridxanasına göndərilməsinə qərar verib.

Xatırladaq ki, hadisə fevralın 27-də Prosveşeniya prospektindəki mənzillərin birində baş verib. Qonşular qadının qışqırtısını eşidib və polisə məlumat veriblər.

Hadisə yerində cütlüyün uşaqları da olub.

Milli.Az