Zəlzələdən sağ çıxıb, yol qəzasında öldülər

4 Mart 2023 23:55

Türkiyədə ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az Lent.az-a istinadla bildirir ki, hadisə Antalyanın Alanya qəsəbəsində baş verib. Minik avtomobili minivan nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, ölən və yaralananlar Hataydakı zəlzələdən Alanyaya gələnlərdir.

Milli.Az