Afaq Gəncəli Xəzər TV-dən getdi - Səbəb bu imiş - VİDEO

3 Mart 2023 15:41

Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" verilişindəki fəaliyyətinə ara verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Afaq bu gün tamaşaçılarla sağollaşıb. O, səhhətində yaranan problemlə əlaqədar aparıcılıqdan uzaqlaşdığını açıqlayıb:

"Səhər mərkəzi" verilişi ilə sağollaşıram. Səhhətimlə bağlı bir müddətlik olmayacağam. Bütün komandamıza təşəkkür edirəm (kövrəlir). Qayıdacağam, yeni layihələr olacaq. Səhhətim düzələn kimi gələcəyəm".

Milli.Az