Ermənistanın müdafiə naziri istefaya göndərilir, xələfinin adı açıqlanıb

3 Mart 2023 10:57

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.

Milli.Az bildirir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.

Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunur.

Qəzetdə Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

"Müharibədən sonra məhz Abazyan Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsi, delimitasiya və demarkasiya işləri barədə danışıqlar aparıb və ortaq dil tapıb. Bu isə Paşinyan üçün önəmsiz məsələ deyil", - qəzet yazır.

Milli.Az