MİT PKK-nın rəhbər şəxsini məhv etdi

3 Mart 2023 10:38

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yeni anti-terror əməliyyatı keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının "rəhbər şəxsi" Saad Ali Bedel məhv edilib.

Məlumata görə, o, qruplaşmanın Sincar bölgəsinin "hərbi rəhbəri" olub.

Milli.Az