Hədəflər minaatanlardan yüksək dəqiqliklə məhv edildi - VİDEO - FOTO

3 Mart 2023 10:09

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər.

Milli.Az