Tünzaləylə Nura barışdı - VİDEO - FOTO

3 Mart 2023 19:07

Uzun müddətdir küsülü olan Xalq artisti Tünzalə Ağayeva və müğənni Nura Suri barışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, iki sənətçi məclislərin birində qarşılaşıb. Hətta Nura Tünzalənin tədbirdə ifa etdiyi anları instaqramda paylaşıb.

Kadrlarda Ağayevanın Suriyə yaxınlaşıb onu qucaqlaması da əks olunub. Bundan əlavə, iki ifaçı birgə rəqs də edib.

Milli.Az