Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçürülür - FOTOlar

3 Mart 2023 09:14

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.

Milli.Az bildirir ki, martın 3-də Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəngilan" şəhərciyindən növbəti köç karvanı yola salınır.

Daha 10 ailə - 44 nəfər daimi məskunlaşmaq üçün Ağalıya yola düşür.

Milli.Az