Bakıda avtomobil 48 yaşlı kişini vurub

3 Mart 2023 08:54

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Abiyev Qabil Xəlil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az