Bakıda 33 yaşlı kişi dava zamanı bıçaqlanıb

3 Mart 2023 08:27

Bakının Yasamal rayonunda dava zamanı 33 yaşlı kişi bıçaq xəsarəti alıb.

Milli.Az "report"a istinadən bildirir ki, 1990-cı il təvəllüdlü Bayramov Orxan Azad oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az