Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
O bildirib ki, Kiyev Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi İranın pilotsuz təyyarələrlə təmin edilməsi məsələsinə məhkəmədə baxılmasında israrlı olacaq:
"Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və İranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq".
O qeyd edib ki, Moskvaya dəstəyi dayandırmaq üçün Tehrana təzyiq etmək lazımdır.
Milli.Az