Blinken: "İrana qarşı sanksiyalarımız davam edəcək"

2 Mart 2023 23:44

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken məlumat verib.

Onun sözlərinə görə, İranın altı qurum və 20 tankeri sanksiyalar siyahısına alınıb.

"Bu, sanksiyalara məhəl qoymayanlara qarşı ABŞ-ın gördüyü tədbirlərdən biridir. Biz İrana qarşı sanksiyalarımızı tətbiq etməyə davam edəcəyik", - Blinken bildirib.

Milli.Az