Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.
Milli.Az APA -ya istinadən xəbər verir ki, hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.
Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.
Hazırda 48 nəfərin müaəlicəsi davam etdirilir, onlardan 6-nın vəziyyəti ağır qiymətləndirilir.
Baş vermiş qəzada 56 nəfərdən itkin düşmüş sayılır.
Hadisə martın 1-ə keçən gecə baş verib.
Milli.Az