Nazim Babayev Qış Avropa Çempionatında finala yüksəlib - FOTO

2 Mart 2023 23:09

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.

Milli.Az