Rusiya Ukraynaya daha 3 raket hücumu həyata keçirib

2 Mart 2023 22:53

Rusiya son 24 saatda Ukraynaya 24 hava və 3 raket hücumu həyata keçirib.

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Vurğulanıb ki, Rusiya qüvvələri  mülki infrastrukturlara, o cümlədən Sumi rayonunun Ulanove kəndinə 55-dən çox hücum həyata keçirib.

Həmçinin, Ukrayna hərbi hava qüvvələrinin rus əsgər və texnikasının cəmləşdiyi bölgələrə 13 dəfə zərbə endirdiyi də qeyd edilib.

Milli.Az