Qarabağda atəş açılıb – Rusiya MN

2 Mart 2023 22:43

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında "atəşkəs pozulub".

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində bildirilib.

Keçmiş Əsgəran rayonunda açılan atəş nəticəsində zərərçəkənlərin olmadığı qeyd edilib.

Rusiya MN bununla əslində məsuliyyət zonasında erməni terrorçu-separatçı qüvvələrinin olduğunu növbəti dəfə etiraf edir ki, bu da 10 noyabr 2020-ci il bəyanatına ziddir. Çünki bəyanata əsasən, rus sülhməramlıların yerləşməsi ilə erməni silahlı birlikləri ərazidən çıxarılmalı idi. Belədə Azərbaycan Ordusu ilə "üz-üzə" dayanan kimdir ki, atəş də açıla?

Milli.Az