Rafinya İngiltərə klubuna keçir

2 Mart 2023 22:08

"Barselona"nın yarımmüdafiəçisi Rafinya karyerasını İngiltərədə davam etdirə bilər. 

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. 

Xəbərə görə, 26 yaşlı braziliyalı futbolçu "Nyukasl"ın maraq dairəsindərir. Keçidin bu ilin yayında həyata keçəcəyi bildirilir. 

Qeyd edək ki, vinger 2022-ci ildən "Barselona"da çıxış edir. 20 oyunda meydana çıxan Rafinya 4 dəfə fərqlənib. 

Milli.Az