Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır

2 Mart 2023 16:04

Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

Milli.Az