Paşinyan Almaniyaya gedib

2 Mart 2023 11:01

Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-də Almaniyaya işgüzar səfərə gedib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, Almaniya kansleri Olaf Şolts, ölkə Prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.

Hökumət başçısı Almaniyanın Beynəlxalq Münasibətlər Şurasına baş çəkəcək.

Martın 3-dək davam edəcək səfər zamanı onun başqa görüşlər keçirəcəyi də gözlənilir.

Səfərdə N.Paşinyanı həyat yoldaşı Anna Akopyan müşaiyət edir.

Milli.Az