Yolu keçmək istəyən piyadanı maşın vurdu

1 Mart 2023 23:52

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən orta yaşlı kişini BMV markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az