"Ukraynadakı münaqişə yaxın bir-iki ildə öz həllini tapacaq"

1 Mart 2023 21:57

"Məncə, Ukraynadakı münaqişə yaxın bir-iki ildə öz həllini tapacaq".

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın ordu katibi Kristin Vormut bildirib.

Nazir vurğulayıb ki, döyüşlər gözləniləndən daha uzun sürüb: "Mövcud hərbi imkanlardan (Rusiyanın - red.) narahat olmasaydıq, ehtiyatsız olardıq".

Amerika rəsmisi bildirib ki, Vaşinqtonun fikrincə, Moskva öz hava və dəniz qüvvələrinin, eləcə də kiber mühitdəki imkanlarının əhəmiyyətli hissəsindən hələ də istifadə etməyib.

Milli.Az